Dəfn üçün ödənilən müavinət də 2 dəfə artırıldı


Azərbaycanda dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılıb. Yeniavaz.com xəbər verir ki, prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamda qeyd olunub. 

Məlumat üçün bildirək ki, dəfn üçün müavinətin məbləği bundan əvvəl 146 manat təşkil edib.
Onu da qeyd edək ki, ​Prezident İlham Əliyevin bu gün imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncama əsasən uşağın anadan olmasına görə sosial müavinətin məbləği də təxminən 2 dəfə artırılaraq 200 manata çatdırılıb.

 

DİGƏR XƏBƏRLƏR

Top