Azərbaycanda nə qədər problemli kredit var?


Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev sosial iqtisadi məsələlərlə bağlı keçirdiyi müşavirədə problemli kreditlər məsələsinə toxunub. Yeniavaz.com xəbər verir ki, ölkə başçısı çıxışında deyib ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq.  
Məlumat üçün bildirək ki, bu ilin əvvəlinə olan sonuncu məlumata görə Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 13 milyard 20,3 milyon manat kredit verilib. Ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 1 milyard 262,5 milyon manat artıb. Verilən kreditlərin həcmi artsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi azalıb. Belə ki, ötən ilin əvvəli ilə müqayisədə bu ilin əvvəlində problemli kreditlərin həcmi 41,7 milyon manat və ya 2,6% azalaraq 1 milyard 585 milyon manata düşüb.
Qeyd edək ki, milli valyutada verilən 8 milyard 73,6 milyon manatlıq kreditlərin 774,1 milyon manatı, xarici valyutada verilən 4 milyard 946,7 milyon manatlıq kreditlərin isə 810,9 milyon manatı vaxtında geri qaytarılmayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top