İraq Suriya ilə sərhəddə hərbi əməliyyata başladı


İraq Silahlı Qüvvələri Suriya ilə sərhəd vilayətlərdə İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyata başlayıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu ölkə Silahlı Qüvvələrinin birgə əməliyyatlar komandanlığının rəsmi nümayəndəsi Yəhya Rəsul deyib. Onun sözlərinə görə, əməliyyat Suriya ilə sərhəd Salah əd-Din, Neynəvə və Ənbar vilayətlərinin səhralıq ərazilərində keçirilir: “Piyada və aviasiyanın cəlb olunduğu kampaniyanın məqsədi İŞİD terrorçularının qalıqlarını məhv etmək, təhlükəsizliyin pozulmasına, terrorçuların soxulmasına yol verməməkdir”. Xatırladaq ki, İŞİD qruplaşması 2014-cü ilin yayında İraqın bir qisim ərazisini işğal etmişdi. İraq hökumət qüvvələri 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə terrorçuların tutduğu ərazilərin azad edilməsi üzrə irimiqyaslı kampaniyaya başladı. 2017-ci ilin dekabrında İraq rəhbərliyi ölkədə İŞİD üzərində tam qələbə çalındığını elan etdi.

DİGƏR XƏBƏRLƏR

Top