Bakıda yaşayış kompleksində baş verən yanğın davam edir.
Səfahət Mehdiyev küçəsində yerləşən 24 mərtəbəli yaşayış kompleksində baş verən yanğının söndürülməsinə 5 yanğınsöndürən maşın cəlb edilib.
Yanğın baş verən binanın sakinləri təxliyə edilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***13:34
Bakıda yaşayış binası yanır.
Hadisə paytaxtın Yasamal rayonu, “Lider” televiziyasının yaxınlığında qeydə alınıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
(ONA)