Azərbaycanda jurnalistin avtomobili yarıldı - Bank kartları və sənədləri oğurlandı - FOTOLAR


Azərbaycanda jurnalistin avtomobilindən oğurluq hadisəsi baş verib. 

Yeniavaz.com xəbər verir ki, 25.02.2019-cü il gecə saatlarında "Xalqxeber" saytının baş redaktoru Peyman Sadıqovun şəxsi istifadəsində olan 90-ZX-444 dövlət qeydiyyat nömrəli avtomobilindən oğurluq edilib. 
Bu barədə Peyman Sadıqov şəxsi sosial profilində də məlumat verib.  
O bildirib ki, avtomobilindən mühüm sənədlər, öz adına olan bank kartları və maşının salonunda quraşdırdığı videoqeydiyyat cihazı oğurlanıb. 
Həmçinin, avtomobilin şüşəsi sındırılaraq xeyli ziyan vurulub.


DİGƏR XƏBƏRLƏR

Top