Ölümlə çarpışan xalq artistinin son vəziyyəti ürək dağladı - VİDEO


Bir müddət əvvəl səhhəti pisləşən Xalq artisti Naibə Allahverdiyevanın son vəziyyəti ürək parçalayıb. 


Yeniavaz.com xəbər verir ki, "ATV maqazin onlarla" verilişinə müsahibə verən aktrisa başına gələnləri bir-bir danışıb: 

"Qan təzyiqim yüksək olur. Sistemi qoşdular mənə. Arasından 5-10 dəqiqə keçmişdi. Bir də gördüm ki, nəsə məni çırpdı. Əllərim başladı qıcanmağa və belimdə dəhşətli ağrılar yarandı. Qışqırığıma bütün məhəllə yığılmışdı. İnanırsınız, hələ də o stressi yaşayıram. Ölü kimiyəm". 

N. Allahverdiyeva bu hala düşməsində həkimini ittiham edib:  

"Mən kimə şikayət edim, kimə nə deyim? Bu onun üstünə atır. O deyir ki, yəqin, sistemi soyuq vurublar. Mən elə bir vəziyyətdəyəm ki... Birdən olmazdı belə, oları elə... Buna kim cavab verəcəkdi?". 
 

DİGƏR XƏBƏRLƏR

Top