Masallıda qızı qaçırılan ailə oğlan evinə hücum edib - FOTO

Masallı rayonunun Alışanlı kəndində evə hücum olub.  

Yeniavaz.com ONA-ya istinadən xəbər verir ki, kənd sakini Xalıq Məmməd oğlu Həsənovun evinə 4 nəfər məqsədli şəkildə zor gücünə daxil olaraq ailə üzvlərini döyüblər.

Zərərçəkənlərin verdiyi məlumata görə, hücum edən şəxslər onlara bıçaq və şüşə ilə xəsarətlər yetirib və evi dağıdıblar.

İlkin məlumata görə, hadisəyə Həsənovların oğlunun hücum edən tərəfin qızını qaçırması səbəb olub.

Hücuma məruz qalan tərəf hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Top