Köməkçisi icra başçısının ölüm səbəbindən DANIŞDI


Naftalan İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov bu gün saat 13:00 radələrində Bakıdakı “Qurd qapısı” qəbristanlığında dəfn olunacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə Modern.az-a başçının köməkçisi Yavər Aslanov məlumat verib.

Y.Aslanov başçının dünən gecə saatlarında dünyasını dəyişdiyini bildirib: “İlkin məlumata görə, ürək tutmasından vəfat edib”.

Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək  “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib.
1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliiyətinə 1991-ci ildən "Azneft" İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb. ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.
Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamenitinin rəisi vəzifəsində işləybi.
Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəli idi, 2 övladı var. 

DİGƏR XƏBƏRLƏR

Top