TOPAZ-da yarım milyon manatlıq mənimsəmə


Bakıda şirkət rəhbərinə qarşı yarım milyon manatlıq dələduzluq edilib.
Yeniavaz.com report-a istinadən bildirir ki, "Azərinteltek" QSC-nin rəhbəri Vüsal Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək QSC-nin əməkdaşı 33 yaşlı A.M.-nin şirkətə məxsus 500 min manat pulu mənimsədiyini bildirib. Faktla bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, "Azərinteltek" QSC Azərbaycanın idman mərc oyunları sektorunda fəaliyyət göstərmək üçün 19 yanvar 2010-cu il tarixində təsis edilib. "Azərinteltek" QSC-nin ticarət nişanı olan TOPAZ 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.
Onu da bildirək ki, bir -neçə ay əvvəl Türkiyənin "Turkcell" şirkəti, “TOPAZ” brendinin sahibi olan "Azərinteltek" QSC-dəki payını "Baltech Investment" MMC şirkətinə satıb. Satınalma yekunlaşdıqdan sonra "Baltech İnvestment"nin "Azerinteltek" şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksəlib. 
"Turkcell" şikəti "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin (İnteltek) kapitalının 55%-nə sahibdir. "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ" isə Azərbaycanda fəaliyyət göstərən "Azerinteltek" şirkətinin 51%-nə sahib idi. 
"Turkcell"dən bildirilib ki, şirkətimizin 55%-nə ortaq olduğu "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin, "Azerinteltek"də sahib olduğu 51% və ya 51 000 AZN nominal dəyərində payının hamısının "Azerinteltek"in 24,5 faiz ilə səhmdarı olan "Baltech Investment"ə  19 milyon 530 min 177 avro müqabilində satışına qərar verilib.

DİGƏR XƏBƏRLƏR

Top