Kim Çen Inın oxşarı Vyetnamdan deportasiya edildi


Vyetnam hakimiyyəti Şimali Koreya lideri Kim Çen Inın “oxşarı” olan Çin əsili avtraliyalı aktyor Hovard Eksi ölkədən deportasiya edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, ajtyor ötən həftə ABŞ Prezidenti Donald Trampın “oxşarı” aktyor Rassel Uaytın müşayiəti ilə Vyetnama gedib. Aktyorlar Hanoy opera teatrı qarşısında ictimaiyyət qarşısına çıxıblar və mühafizəçilərin müşayiəti ilə iki ölkə liderinin “saxta sammitini” keçiriblər. H. Eks Vyetnam polis əməkdaşları tərəfindən dindirildikdən sonra ona yaşadığı Honqonka göndəriləcəyi bildirilib. Vyetnam Miqrasiya Xidmətinin əməkdaşlarının məlumatına əsasən, aktyorun vizası həqiqi deyil. Aeroporta yola düşən H.Eks isə qeyd edib ki, deportasiya edilməsinin əsl səbəbi K.Ç.Inla eyni sifətdə doğulmasıdır. R. Uayt us Vyetnamda qala bilər, lakin ölkə hakimiyyəti ona D. Tramp obrazında ictimaiyyət qarşısına çıxmağı qadağan edib. Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoyda kinci görüş keçirəcəklər.
 

DİGƏR XƏBƏRLƏR

Top