Gürcüstan Prezidenti Azərbaycana səfərə gələcək


Gürcüstan Prezidenti Salome Zurabişvilifevralın 27-də Azərbaycana rəsmi səfər edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"a Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

İkigünlük səfər zamanı S.Zurabişvili ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, bu, onun ölkə Prezidenti seçilməsindən sonra ilk regional səfəridir.

DİGƏR XƏBƏRLƏR

Top