Salyanda 1 gündən çox elektrik dirəyində qalan pişik xilas edib - VİDEO


Salyan rayonunda köməksiz vəziyyətdə qalan pişik xilas edilib.

Bu maraqlı hadisə rayonun Şorsulu kəndində baş verib.

Sahibsiz itlərdən xilas olmaq üçün elektrik dirəyinə dırmaşan pişik 1 gündən çox ac-susuz köməksiz vəziyyətdə qalıb. Onun səsini eşidən kənd sakinləri həmin əraziyə gəliblər.

Heyvanın xilası üçün Salyan Elektrik Şəbəkəsinin Şorsulu kəndi üzrə elektriki Həsən Hüseynov hadisə yerinə çağrılıb. Təhlükəsizliyi təmin etmək məqsədi ilə əvvəlcə elektrik verilişi dayandırılıb, sonra elektrik dirəyə çıxıb və pişiyi heç bir xəsarət yetirmədən aşağı düşürüb. Xilas olunan pişik küçəyə buraxılıb.


(Report)

DİGƏR XƏBƏRLƏR

Top