Azərbaycanın İşsizlik Xəritəsi - İNFOQRAFİKA

Bu ilin ilk 9 ayının nəticəsinə görə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 34 min 760 nəfər olub, onların 37,4%-ini qadınlar təşkil edib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildiri ki, rəsmi işsiz statusu verilən şəxslərin sayı son bir il ərzində 5,5% və ya 2012 nəfər azalıb.
İlin ilk 9 ayı ərzində işsizlik müavinətinin  bir nəfərə düşən aylıq orta orta məbləği 210,6 manat olub və 2017-cı ilin eyni dövrü ilə müqayisədə 18,5% və ya 47,9 manat az olub.  
İşsizlik müavinəti alanların sayı isə son bir il ərzində 5,1 dəfə və ya 4 min 372 nəfər azalıb.
Qeyd edək ki, işsiz statusuna malik insanların yarıdan çoxu - 18 min 104 nəfəri Bakı şəhərinin payına düşüb və son bir il ərzində 682 nəfər artıb.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top