Dünyanın ən güclü və etibarlı pasportları - İNFOQRAFİKA


Dünyada ən güclü və etibarlı pasportlarına malik olan ölkələrin siyahısı açıqlanıb. Yaponiya siyahıda ilk sırada yer alıb. Yeniavaz.com "Henley Passport Index -2018" adlı hesabata istinadən bildirir ki, Yaponiya pasportu ilə dünyanın 190 ölkəsinə vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər etmək mümkündür. Hesabatda qeyd olunur ki, bu ayın əvvəlində Myanmar Yaponiya vətəndaşlarına vizasız giriş imkanı verib və bununlada Yaponiya pasportu dünyada ən güclü və etibarlı pasportu ünvanına sahib olub.
Siyahıda ikinci sırada Sinqapur qərarlaşıb. Sinqapur vətəndaşları dünyanın 189 ölkəsinə vizasız və ya birbaşa sərhəddə viza alaraq gedə bilərlər. Növbəti yerlərdə 188 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səyahət imkanı verən Almaniya, Fransa və Cənubi Koreya  pasportları yer alır. Bunlardan başqa Danimarka, Finlandiya, İtaliya, İsveç, İspaniya və Norveç  pasportları ilə  187 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq getmək mümkündür. 186 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər etmək imkanı verən Böyük Britaniya, Avstraliya, Lüksemburq, Hollandiya, Portuqaliya və ABŞ pasportları növbəti  12-17-ci yerlərdə qərarlaşıblar. İlk 20-liyi Belçika, İsveçrə və İrlandiya tamamlayır. Bu ölkələrin pasportları ilə 185 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq getmək mümkündür.
199 ölkənin yer aldığı hesabatda ən zəif və etibarsız pasport Əfqanıstan pasportu hesab olunur. Əfqanıstan pasportu ilə cəmi 30 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq getmək mümkündür. İraq pasportuna sahib olan şəxslər də cəmi 30 ölkəyə vizasız səyahət edə bilərlər. Bunlardan başqa Suriya pasportu ilə 32, Somali pasportu ilə 42, Pakistan pasportu ilə 33, Yəmən pasportu ilə 37, Fələstin pasportu ilə 39, Eriteriya pasportu ilə 39 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər etmək mümkündür.
Azərbaycan pasportu gücünə və etibarlılığına görə 199 ölkə arasında 128-ci sırada qərarlaşıb. Azərbaycan pasportu ilə 66 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər etmək olar.
MDB və region ölkələri arasında bu sahədə ən yaxşı vəziyyət Ukraynada qeydə alınıb. Ukrayna pasportu ilə dünyanın 128 ölkəsinə vizasız və ya birbaşa sərhəddə viza alaraq getmək mümkündür. 122 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səyahət imkanı verən Moldova pasportu 88-ci, 119 ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səyahət imkanı verən Rusiya pasportu 90-cı yerdə qəralaşıb. Bunlardan başqa Gürcüstan pasportu ilə 112 (94-cü yer), Türkiyə pasportu ilə 111 (95-ci yer), Belarus pasportu ilə 77 (114-cü yer), Qazaxıstan pasportu ilə 76 (116-cı yer), Qırğızıstan pasportu ilə 63 (128-ci yer), Özbəkistan pasportu ilə 63 (136-cı yer), Ermənistan pasportu ilə 61 (140-cı yer), Tacikistan pasportu ilə 59 (58-ci yer), Türkmənistan pasportu ilə 53 (162-ci yer), İran pasportu ilə 43 (182-c yer) ölkəyə vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər etmək olar.

DİGƏR XƏBƏRLƏR

Top