Son 12 ildə dünyada baş verən terror hadisələri və qurbanları - İNFOQRAFİKA


Son 4 ildir dünyada baş verən terror hadisələrinin sayında azalma müşahidə olunur. Yeniavaz.com ABŞ Dövlət Departamentinin açıqladığı hesabata istinadən bildirir ki, ötən il dünyada 8 584 terror hadisəsi törədilib və bu hadisələr zamanı 18 753 nəfər həyatını itirib.
Son 12 ildə törədilən terror hadisələri ən çox 2007-ci ildə qeydə alınıb. 2007-ci ildə 14 414 terror hadisəsi törədilib. Ən az terror hadisəsi isə 2012-ci oldə baş verib - 6 771.
Terror hadisələri nəticəsində ən çox insan təlafatı isə 2014-cü ildə olub. 2014-cü ildə baş verən terror hadisələri zamanı 32 763 nəfər ölüb.
ABŞ Dövlət Departamentinin hesabatında göstərilir ki, kütləvi ölümlərlə nəticələnən terror hadisələri əsasən  beş ölkədə - Əfqanıstan, İraq, Nigeriya, Somali və Suriyada baş verib.

DİGƏR XƏBƏRLƏR

Top