Gülüş günü dünyaya göz açan və dünyadan gedən azərbaycanlı məşhurlar - SİYAHI

1 aprel dünyanın bir çox ölkələrində gülüş, zarafat günü kimi qeyd olunur. Azərbaycanda isə bu gün daha çox başqalarının aldadılması ilə yadda qalır ki, bunun da üstü açılanda gülüşə səbəb olur. Hətta el arasında belə bir zarafat var: filankəsə 1 aprel günü dedilər oğlun olub, inanmadı...

Bu yazımızda aprelin 1-də dünyaya gələn və dünyasını dəyişən Azərbaycanlı tanınmışlar barədə məlumat verəcəyik.

Картинки по запросу aqil abba

1. Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbas 1953-cü il, aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində dünyaya gəlib.

Картинки по запросу Ayaz Vəfalı

2. Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, şair, tənqidçi Ayaz Vəfalı 1937-ci il aprelin 1-də indiki Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub.

Картинки по запросу Şəmsəddin Xanbabayev

3. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev 1939-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub.

Картинки по запросу Əvəz Temirxan

4. Azərbaycan Liberal partiyasının sədri, tanınmış siyasətçi Əvəz Temirxan 1959-cu il aprelin 1-də Bərdə rayonunun Soğanverdilər kəndində dünyaya gəlib.

Картинки по запросу Hafiz Baxşəliyev

5. Dünya və Avropa çempionu Hafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub.

Картинки по запросу Nizami Xudiyev

6. AzTV-nin keçmiş sədri, filologiya elmləri doktoru, professor Nizami Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.

Картинки по запросу Ayxan Ayvaz

7. Gənc, tanınmış yazıçı Ayxan Ayvaz 1992-ci il aprel ayının 1-də Qardabani rayonunun Muğanlı kəndində anadan olub.

Aprel ayının 1-də haqq dünyasına qovuşan tanınmışlar da az deyil.

1. Azərbaycanın xalq yazıçısı, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi İsa Hüseynov (Muğanna) 1 aprel 2014-cü ildə Bakıda dünyasını dəyişib.

Картинки по запросу İsa Hüseynov

2. Azərbaycanın opera müğənnisi, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi Əhməd Ağdamski 1 aprel 1954-cü ildə Ağdaşda dünyasını dəyişib.

Картинки по запросу Rəsul Rza

3. Azərbaycanın xalq şairi, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi Rəsul Rza 1 aprel 1981-ci ildə Bakıda dünyasını dəyişib.

Картинки по запросу İsmayıl Dağıstanlı

4. Azərbaycanlı aktyor, SSR xalq artisti İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top