Yazıçı jurnalistlərə müraciət etdi: “Cümhuriyyətə aid bu film heç vaxt göstərilməyib” - VİDEO

Tanınmış yazıçı, tərcüməçi Nəriman Əbdürrəhmanlı ssenari müəllifi olduğu “Əzablı yollar” filmi ilə bağlı media nümayəndələrinə, ictimaiyyətə müraciət edib. Qeyd edək ki, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyindən bu şanlı tarixin 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər təşkil olunacaq. “Əzablı yollar” filmi Cümhuriyyət mövzusunda çəkilən ən uğurlu filmlərdən biridir. Lakin təəssüf ki, bircə dəfə də olsun televiziyada işıqlandırılmayıb.

Nəriman Əbdürrəhmanlı bu barədə ətraflı məlumat verib: “Əzablı yollar” filmi Azərbaycan Xalq Cümhuriyyəti haqqında ilk və hələ ki ən mükəmməl sənədli ekran əsəridi. Filmdəki nadir foto və kino materiallarının bir çoxunu ssenari müəllifi və redaktor kimi şəxşən mən Moskva Foto-Kino Sənədləri arxivindən gətirmişəm. Filmin çəkilişi çox ağır oldu, uzun müddət çəkdi. Rejissor Zaur Məhərrəmov və operator Nizami Abbas çox əziyyət çəkdi, axır ki, TuranYazqanın köməyilə tamamlandı. Film hələ Azərbaycan ekranında nümayiş etdirilməyib, hətta Mədəniyyət və Turizm Nazirliyi belə maraqlanmayıb. Məncə, indi bu haqqı özünə qaytarılmalıdı”. modern.az

kino

DİGƏR XƏBƏRLƏR

Top