
Bu gün Xırdalanda baş verən faciəvi hadisədə həyatını itirən şəxslərdən 4-ü qohum olub.
Yatdıqları yerdə dəm qazının qurbanı olan həmin şəxslər Balakən rayon sakini, 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva və onun qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı, həmçinin, onların qohumları, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızıdır.
Bildirilir ki, Turanə Xanlayeva Xırdalanda kollecdə təhsil alırmış. Onun qohumu Nübar Musayeva isə Balakəndə yaşayırmış. O, ötən gün qızı Aytən Musayevanı Bakıya xəstəxanaya gətiribmiş. Xəstəxanadan qayıtdıqdan sonra isə Xırdalanda qohumunun yaşadığı evdə gecələmək istəyib və o gecə ana-balanın son gecəsi olub.
Əldə etdiyimiz məlumata görə, ölən qızı ilə birlikdə dünyasını dəyişən N.Musayevanın oğlu hazırda hərbi xidmətdədir.
Turanə və Lamiyə Xanlayevalar isə dünyasını dəyişən ana-balanın yaxın qohumu olub.
15:54
Martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölmüşlər.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmi-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.Report
Tətbiqimizi yükləyə bilərsiniz