Rusiyada Navalnıya görə növbəti etiraz aksiyası baş tutacaq


Həbsdə olan müxalifət lideri Aleksey Navalnının komandası növbəti etiraz aksiyasına hazırlaşır.
Yeniavaz.com
“The Moscow Times”a istinadla xəbər verir ki, Navalnının köməkçilərindən biri Leonid Volkov bildirib ki, yeni etiraz aksiyalarında tərəfdarlar müxtəlif binaların həyətlərinə toplaşaraq müəyyən bir müddət ərzində mobil telefonun fənərləri yandıracaq:
“Bu taktika Belarusda keçən il keçirilən seçki etirazlarına qarşı hücumun ardından görülən məhəllə etirazları kimi baş tutacaq. Bu dəfə polislərinin qarşısını ala bilməyəcəyi və hər kəsin iştirak edə biləcəyi bir tədbir keçirməliyik”. 
Qeyd edək ki, yanvarın 23-də Rusiyada Aleksey Navalnının həbsinə görə etiraz aksiyaları keçirilmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top