Fevral ayında Azərbaycan nefti 4% bahalanıb – SON RƏQƏMLƏR


Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 9 fevral tarixində 1% və ya 0,6 dollar bahalaşaraq 61,11 dollar olub. 
Yeniavaz.com xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti fevral ayı ərzində 7,2% və ya 4 dollar bahalanıb.
Məlumat üçün bildirək ki, "Azeri Light" markalı neftinin qiyməti bu ilin aprel ayının 22-də ən aşağı səviyyəyə - 1 barelinin qiyməti 15,8 dollara düşüb. "Azeri Light" markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin dəyəri 1 barelə görə 61,1 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin dəyəri isə bu gün 1 barelə görə 58,42 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top