Bakıda yaşayış evində yanğın olub, bir nəfər ölüb - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Balaxan Süleymanov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.

Yeniavaz.com-un Nazirliyin saytına istinadən məlumatına görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.
İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkarlanıb.
Əlavə məlumat veriləcək.

***16:10
Bakının Xətai rayonunda yanğın baş verib.
Yanğın Balaxan Süleymanov küçəsində fərdi yaşayış evində qeydə alınıb.  
FHN-nin müvafiq qüvvələri yanğının söndürülməsinə cəlb olunub.
Yanğın məhdudlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top