KİV: Ermənistan Qarabağa əsgər göndərməyəcək


Ermənistanda müddətli hərbi xidmətə növbəti qış çağırışı başlayıb.
Yeniavaz.com "Sputnik-armenia" portalına istinadən xəbər verir ki, əvəlki çağırışlardan fərqli olaraq bu dəfə Ermənistan vətəndaşları yalnız ölkə daxilində hərbi xidmət keçəcəklər.
Bildirilir ki, ilk dəfə olaraq Ermənistandan çağırışçılar artıq Qarabağa göndərilmir.
Məlumatda qeyd olunur ki, əvvəllər Qarabağa gedəcək əsgərlər püşkatma yolu ilə müəyyən olunub. Bu il ilk dəfə püşkatmada Qarabağda yerləşən hərbi hissələrin adı olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top