Türkiyə və Pakistan Silahlı Qüvvələri birgə hərbi təlimlərə başladı


Türkiyə və Pakistan Silahlı Qüvvələri “Atatürk-2021” adlı birgə hərbi təlimlərə start verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, təlimlər Pakistanın Xeybər vilayətində yerləşən hərbi bazada keçirilir. 3 həftə davam edəcək təlimlərin fevralın 20-si başa çatacağı bildirilir.
Qeyd edilir ki, təlimlərin başlanması ilə bağlı məlumat Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən verilib.
Türkiyə-Pakistan Komando və Xüsusi Təyinatlıları arasıında sözügedən təlimlər 1998-ci ildən bəri növbə ilə icra edilir. Təlimlər Pakistanda icra edildiyi vaxt "Atatürk”, Türkiyədə icra olunduğu vaxt isə "Cinnah" adı altında keçirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top