Əhmədinejat İranın hazırkı hakimiyyətini tənqid etdi


İranın keçmiş prezidenti Mahmud Əhmədinejat İran xalqın hakimiyyətə qarşı narazılığından danışıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, keçmiş prezident Qum şəhərində görüşdüyü bir heyətlə ölkə rəhbərliyini tənqid edib. O bildirib ki, xalq İran hakimiyyətindən heç bu qədər narazı qalmayıb:
"İnsanların narahatlığının yüksək səviyyədə olmasını görmək üçün küçələrə çıxmaq kifayətdir. Biz həyatımız boyunca cəmiyyətdə bu qədər narazılığı görməmişdik”.
O bildirib ki, idarəetməyə qarşı etiraz edən insanlar asanlıqla inqilab düşməni adlandırılırlar:
"Bu gün cəmiyyət hamısı etiraz edir. Onda bütün insanlar inqilaba qarşı çıxır?"
Əhmədinejat görüşmədə həm də onu bildirib ki, əslində, inqilabın əleyhinə olanlar hakimiyyətdə ola-ola öz vəzifələrini icra etməyənlərdir.

DİGƏR XƏBƏRLƏR

Top