Bu gün Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə ilə bağlı klinikanın “Instagram” səhifəsində məlumat paylaşılıb:
“Baku Medical Plaza” klinikasının Babək filialının ikinci korpusunda avtoklav cihazında qızma nəticəsində tüstülənmə baş vermiş, qısa vaxt ərzində hadisə lokallaşdırılıb. Havalandırma pərdəsi ilə tüstü mərtəbələrə daxil olduğundan xəstələr birinci korpusa müvəqqəti təxliyyə edilib. Hadisə nəticəsində insan həyatı üçün hər hansı təhlükə olmamışdır”.
22.33
Bakının Xətai rayonu, Babək prospektində yerləşən “Baku Medical Plaza”da yanğın hadisəsi baş verib.
Əraziyə FHN-in 3 yanğınsöndürən maşını və polis əməkdaşları cəlb edilib.
Yanğınla əlaqədar xəstələr tibb müəssisəsindən təxliyə olunub.
Report