“Aztelekom”a yeni baş direktor təyin edilməsi xəbəri ilə bağlı AÇIQLAMA


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni baş direktor təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Yeniavaz.com-a nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova məlumat verib.
O bildirib ki, təyinatla bağlı bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri heç bir rəsmi sənəd imzalamayıb.
Qeyd edək ki, Suat Paşayev “Aztelekom”un baş direktoru vəzifəsini icra etməkdə davam edir.

DİGƏR XƏBƏRLƏR

Top