Məhərrəm İncə CHP-dən istefa verəcəyini açıqlayıb


Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcəyini açıqlayıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məhərrəm İncə bu barədə mətbuat konfransında açıqlama verib:
“Bu gün bir yol ayrıcındayam. ABŞ-dan demokratiya diləyənlərlə, idarəçi olaraq Atatürkə kafir deyənlərlə və seçkiləri ləğv edənlərlə yollarımı ayırıram”.
İncə əvvəlcədən xəbər verdiyi yeni siyasi partiyadan da danışıb:
“Yeni bir yola çıxırıq. Hədəfimiz qalibiyyətdir. Ad, loqo, hər şey hazırdır. “İYİ” Partiyasından sonra parlamentdə ən çox millət vəkili olan partiya olacağıq. Komandamızda siyasətdə təcrübəli dostlarımız var. Çox qısa müddətdə ən azı 60 bölgədə təşkilatlanacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top