Teymur Rəcəbov bu gün Levon Aronyanla qarşılaşacaq


Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində son 5 tur keçiriləcək.

Yeniavaz.com xəbər verir ki, yarışmada ölkəmizi Teymur Rəcəbov təmsil edir.

"Opera Euro Rapid"in görüşlərindən sonra "pley-off"a vəsiqə qazanan 8 şahmatçı müəyyənləşəcək. 

Qarşılaşmalar Bakı vaxtı ilə 20:00-da başlayacaq. Rəcəbov Dinq Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyan (Ermənistan) ilə qarşılaşacaq.

Təmsilçimiz 10 oyuna 5,5 xal toplayıb. O, ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Leqravla birgə 5-7-ci yerləri bölüşür. Turnir cədvəlinə aktivində 7 xal olan norveçli Maqnus Karlsen liderlik edir. ABŞ təmsilçisi Uesli So və niderlandlı Aniş Giri 6,5 xalla 2 - 3-cü yerləri bölüşürlər. Rusiyalı şahmatçı Yan Nepomnyaşi isə 6 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib şahmatçı 30 min dollar qazanacaq.

DİGƏR XƏBƏRLƏR

Top