"İzvestiya" qəzetinin İdarə Heyətinin sədri Aram Qabriyelyanov müharibə vaxtı Anna Hakopyanla həyat yoldaşı Nikol Paşinyan arasında baş verən qalmaqaldan danışdı.
Yeniavaz.com “news.am”a istinadla xəbər verir ki, Qabrielyanov “telegram” kanalı vasitəsilə açıqladığı məlumatda İkinci Qarabağ Müharibəsi vaxtı Paşinyan ailəsinin bunkerdə yaşadığı hadisəni danışıb. O bildirib ki, yeraltı bunkerdə Anna Hakopyan və uşaqlarını tam silahlanmış 10 döyüşçü qoruyurdu:
“Digər 10 nəfər Paşinyanın oğlunu qoruyurdu. Daha sonra həmin yerə general Movses Akobyan gəldi. Anna Hakobyan oradakı generalları bir neçə dəfə açıq şəkildə təhqir etmiş, hətta ordunu necə idarə etmələrini öyrətməyə çalışmışdı. Movses Akobyan buna dözə bilmədi və çox kobud şəkildə Annaya, “burada olduqca gizli bir hərbi əməliyyat müzakirə olunur, təcili bunkeri tərk edin” - deyə əmr verir. Anna Hakopyan isə həmin vaxt sərxoş vəziyyətdə idi. Nikol Paşinyana zəng edib təhqir etməyə başladı. O, “sən necə kişisən ki, arvadını hansısa general təhqir edir” deyə qışqırdı”.
Jurnalist bildirir ki, bundan sonra Paşinyan Arayik Harutyunyana zəng edib general Movses Akobyanı həbs etməsini istəyir:
"O vaxt Arayik Harutyunyan Paşinyanın əmrini yerinə yetirməkdən imtina etdi. Təhlükəsizlik xidmətinin rəhbəri Paşinaya zəng edib generalın həbs olunması əmrini yerinə yetirməyin mümkün olmadığını bildirdi. Paşinyan isə həmin gənc təhlükəsizlik xidmətinin əməkdaşına “kişi deyilsən” - deyə qışqırdı.
Qeyd edək ki, bundan sonra Movses Akopyan istefa verib və mətbuat konfranası keçirərək, ordu barədə qalmaqallı açıqlamalar verir.