Serbiya prezidentinə qarşı sui-qəsd cəhdi barədə məlumat açıqlandı


Serbiya prezidenti Aleksandr Vuçiçə qarşı sui-qəsd cəhdi barədə məlumatlar açıqlanıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Serbiya polisi, 27 yanvarda Belqradda orta əsr Serbiya dövlətinin qurucusu Stefan Nemanın abidəsinin açılışı günü ölkə prezidenti Aleksandar Vuçiçə qarşı sui-qəsd hazırlandığına dair əməliyyat məlumatlarını yayıb.  Kriminal polis idarəsinin rəisi Boqdan Puşiçin sözlərinə görə, abidənin açılış mərasimi zamanı sui-qəsd məlumatları əldə olunduqdan sonra prezidenti qorumaq üçün 850-dən çox xüsusi təyinatlı gətirilib. 
Xatırladaq ki, Serbiya prezidenti Aleksandar Vuçiç, 20 oktyabr 2020-ci ildə xalqa müraciət edərək mafiya ilə müharibə elan edib. Cinayətkarların dövləti məğlub edə bilməyəcəklərini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top