Azərbaycan hər il xarici borclar üçün milyardlar ödəyir – Son 5 ilin RƏQƏMLƏRİ


Xəbər verdiyimiz kimi, bu il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat həcmində müəyyən olunub.
Yeniavaz.com “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanuna istinadən xəbər verir ki, bu il dövlət büdcəsi xərclərinin 7,1% və ya 2 milyard 32 milyon manatı xarici dövlət borclarının ödənilməsinə yönəldiləcək. Xarici borclara sərf olunacaq vəsaitin 466,3 milyon manatı faiz borcları olacaq.
Qeyd edək ki, ötən il büdcədən xarici borclar üçün ayrılan vəsait builkindən 27,5% və ya 438,7 milyon manat az olub. Belə ki, 2020-ci ilin dövlət büdcəsindən xarici borclar üçün 1 milyard 593 milyon manat ayrılıb və bu vəsaitin 469 milyon manatı faiz borcları olub.
Ümumiyyətlə son 5 il ərzində dövlət büdcəsindən xarici borclar üçün 9 milyard 527 milyon manat vəsait ayrılıb.
Son 5 ildə dövlət büdcəsinin ümumi xərcləri, bu xərclərdən xarici borclara ayrılan vəsait və bu vəsaitin ümumi xərclərdəki payı aşağıdakı kimi olub:
  Büdcə
xərcləri
Xarici borclara
 ayrılan vəsait
Nisbət
2017 17 941 000 000 AZN 1 580 636 323 AZN 8,8 %
2018 23 100 000 000 AZN 2 159 597 140 AZN 9,2 %
2019 25 190 000 000 AZN 2 162 171 012 AZN 8,6 %
2020 27 492 200 000 AZN 1 593 012 878 AZN 5,8 %
2021
(nəzərdə tutulan)
28 543 000 000 AZN 2 031 668 335 AZN 7,1 %
Onu da bildirək ki, 1 iyul 2020-ci il tarixinə olan sonuncu məlumata görə  beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanan kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 13 milyard 962,4 milyon manat (8 213,2 milyon dollar) olub.

DİGƏR XƏBƏRLƏR

Top