DİN dilənçi "qazi" ilə bağlı məlumat yayıb - FOTO + VİDEO


Bakıda özünü qazi kimi təqdim edərək insanlardan pul toplayan şəxs ifşa edilib.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilir ki, paytaxtın Yasamal rayonunda qazi adı ilə vətəndaşlara yaxınlaşaraq insanlardan pul istəyən şəxs saxlanılıb. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı bu əməli törətməkdə şübhəli bilinən vətəndaş Elbrus Hüseynov tutulub. Polis Bölməsində araşdırma aparılan zaman onun ümumiyyətlə heç bir hərbi əməliyyatda iştirak etmədiyi məlum olub.
Elbrus Hüseynov qolundakı tibbi sarğıya baxış zamanı zədə və yaralanma əlamətləri də aşkar edilməyib. Qəsdən insanları aldatmaq və guya Vətən Müharibəsi qazisi görüntüsü yaratmaq üçün qolunu sarıyan  Elbrus Hüseynov barəsində 26-ci Polis Bölməsində  araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top