Şimali Makedoniya yeni layihəyə start verdi - Azərbaycan qazını idxal edəcək


Şimali Makedoniya Neqotinodan Gevgeliyə qədər 68 kilometr uzunluğunda qaz boru kəmərinin tikintisi üçün tender keçirəcək.
Yeniavaz.com
“iarex.ru”ya istinadla xəbər verir ki, bu barədə Şimali Makedoniyanın nəqliyyat naziri Blaqoy Boşvarski məlumat verib. Yeni tikiləcək qaz boru kəməri ilə Şimali Makedoniya Yunanıstan qaz şəbəkəsinə həm də Trans Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşula biləcək. Blaqoy Boşvarski  bildirib ki,  qaz kəmərinin inşası üçün hökumət 2021-ci ilin ortalarına qədər lazım olan prosedurları tamamlaya biləcək.

DİGƏR XƏBƏRLƏR

Top