Mingəçevirdə vaksinasiya işləri uğula davam edir


Azərbaycanda vaksinləşmə prosesi uğurla davam edir.
Yeniavaz.com xəbər verir ki, hazırda 65 yaş və ondan yuxarı olan və risk qrupuna daxil edilən insanlar arasında vaksinləşmə işi həyata keçirilir. Mingəçevir Şəhər Mərkəzi xəstəxanasında bu məqsədlə xüsusi sahə ayrılmış və könüllülük əsasında vaksinləşmə işi davam edir. Təqdim etdiyimiz şəkillərdən də göründüyü kimi müxtəlif sahələrdə çalışan və təqaüddə olan insanlar bu prosesdə həvəslə iştirak edirlər. Xəstəxanadan bildirilib ki,peyvənd olunanlar arasında heç bir problem yaşanmayıb.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top