Sosial şəbəkələrdə azərbaycanlı ailənin 11 yaşlı qızlarına nişan mərasimi keçirilməsinin görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, hadisənin Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Soğanlıq kəndində baş verdiyi bildirilir. Videogörüntülərdə məclisdə iştirak edənlərin xeyir-dua verməsi də öz əksini tapıb.
Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və birmənalı qarşılanmayıb.
Sözügedən görüntüləri təqdim edirik: