Çeçenistan prezidenti Zabit Səmədov və Burak Özçivitə ziyafət verdi - VİDEO


Çeçenistan prezidenti Ramzan Kadırov azərbaycanlı idmançı Zabit Səmədov və Türkiyənin məşhur aktyoru Burak Özçivitlə bir araya gəlib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Kadırovun özəl dəvəti ilə təşkil olunan ziyafət Qroznı şəhərində baş tutub. Ziyafətdə Z.Səmədov və B.Özçivitlə yanaşı “Kuruluş Osman” serialının komandası da yer alıb.
Qeyd edək ki, “Kuruluş Osman” Türkiyənin ATV kanalında yayımlanır və reytinqli seriallarından biridir.  Zabit Səmədov isə “Gencebay” obrazını canlandırır. 

 

DİGƏR XƏBƏRLƏR

Top