Vilayət Eyvazov polkovnik-leytenantı rəis təyin etdi - ƏMR


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Yeniavaz.com Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polkovnik-leytenant Zahir İsmayılov Suraxanı Rayon Polis İdarəsinin Tədqiqat şöbəsinə rəis təyin olunub.

Bu təyinata qədər Z.İsmayılov Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top