“Rusiya, dövlətin daxili işlərinə müdaxiləyə reaksiya olaraq qeyri-qanuni hərəkətlərdə iştirak etdiklərinə görə İsveç, Polşa və Almaniya Federativ Respublikasından olan diplomatları qovmaq məcburiyyətində qaldı”.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Xatırladaq ki, yanvarın 23-də müxalifət lideri Aleksey Navalnının həbs edilməsi ilə bağlı Rusiyada keçirilən etiraz aksiyalarında iştirak edən İsveç, Polşa və Alman diplomatlar Rusiya XİN tərəfindən "persona non-qrata" elan edilmişdi.