Fransızlar Xankəndiyə Ermənistandan getmək istədilər, sülhməramlılar buraxmadı - TƏFƏRRÜAT



Fransadan bir qrup jurnalist və ictimai xadim Dağlıq Qarabağa buraxılmayıb.
Yeniavaz.com
1news.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz telegram kanalında yazıb.
Sabiq diplomat Yelisey Sarayına yaxın bir dostunun ona zəng etdiyini və Ermənistana gələn nümayəndə heyətinin başına nə gəldiyini soruşduğunu bildirib:

“Dünən Yelisey Sarayına yaxın bir dostumdan zəng gəldi. Və deyir:
- Qulaq as, oradakı nümayəndə heyətimizə nə olub? Dağınıq məlumatlar alıram, mediada heç bir şey yoxdur və heç bir şey aydın deyil.
- Yaxşı görək, adi haldır. Bu sizin səssizliyinizin nəticəsidir.
- Xeyr, gözlə, həqiqətən orada nə baş verdi?
Mən də ona hər şeyi danışdım.

Bir neçə gün əvvəl Fransadan keçmiş bələdiyyə sədrlərindən birinin rəhbərliyi ilə bir qrup jurnalist, ictimai xadim və fikir liderləri Dağlıq Qarabağa getmək və orada baş verənləri öz gözləri ilə görmək məqsədi ilə Ermənistana gəlmişdilər. Rəsmi akkreditə olundular və Stepanakertə (Xankəndi - red.) yola düşdülər.
Laçında onları sülhməramlılar dayandırır və soruşurlar:
- Hara gedirsiniz?
Jurnalistlər Qarabağa deyib, akkreditasiya göstərirlər. Sülhməramlılar isə onların Azərbaycana daxil olduqlarını və Ermənistanda aldıqları akkreditasiyanın etibarsız olduğunu söyləyərək girişlərini qadağan edirlər.
Əgər keçmək istəyirsinizsə, Azərbaycan akkreditasiyasından keçin. Nümayəndə heyəti İrəvana - Fransa səfirinin yanına qayıdır. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikolla əlaqə saxlayır və nələrin baş verdiyini anlamağa çalışır. Nikol isə ona cavab verir ki, bəli, 11 yanvarda beynəlxalq medianın Azərbaycan akkreditasiyasını alması barədə razılığa gəldik və ümumiyyətlə, bütün bu məsələlərə qarışmamaları daha yaxşıdır. Conatan Lakotun susmaqdan başqa çarəsi yox idi", - deyə Mikael Minasyan yazıb.

DİGƏR XƏBƏRLƏR

Top