Diplomatik korpus nümayəndələrinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başa çatıb


Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfəri başa çatıb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, diplomatlar Zəngilanın mərkəzində dağıdılmış şəhər məscidinə və digər dağıdılmış abidələrə baxıb, Mincivan yaşayış məntəqəsinə baş çəkiblər.
Bundan əvvəl isə onlar Cəbrayılda dağıdılmış qəbiristanlığa, "Çinar” çay evinin qalıqlarına və qədim Xudafərin körpüsünə baş çəkib, dağıdılmış mədəniyyət sarayının qalıqları arasında canlı skripka ifasına qulaq asıblar.​​​​

DİGƏR XƏBƏRLƏR

Top