Əsgərlərimizə meyvə verən sürücünün sevinci sizi kövrəldəcək - VİDEO


Bu görüntülər Vətən müharibəsi ərəfəsində çəkilib. Həmin ərəfədə vətəndaşlarımız əsgərlərə əllərindən gələn dəstəyi göstərməyə çalışırdılar.

Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülərdə 10 RL 753 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks olunub. Həmin şəxs öz maşını ilə meyvə satır. Əsgərləri aparan maşınları görüncə tez onlara yaxınlaşır. Cəld maşından düşərək bir yeşik almanı əsgərlər olan maşına verir.
Kameraya daha maraqlı bir görüntü də düşüb. Əlində torba olan qadın onu əsgərlərə vermək istəyir. Amma maşın karvanı uzaqlaşdıqca onlara çata bilmir. Bu zaman bir gənc cəld həmin torbanı alır və qaçaraq əsgərlər olan maşına atır.
Bəlkə də bu gün o maşında olan əsgərlərdən neçəsi şəhid, neçəsi qazidir. Amma bu görüntülər Vətən müharibəsindəki qələbəmizin göstəricisi olaraq yaddaşlarda qalcaq.

DİGƏR XƏBƏRLƏR

Top