Azərbaycanda sürücülərin ən çox pozduğu qaydalardan biri də avtomobil hərəkətdə olan zaman 12 yaşa kimi olan uşaqların minik avtomobillərinin qabaq oturacağında oturmalarına icazı vermələrilə bağlıdır. Minik avtomobilinin qabaq oturacağında uşaqlar üçün xüsusi oturacaq olmadan 12 yaşa kimi uşaqların daşınmasına görə sürücü 3 bal və 60 manat cərimə olunur.
Yeniavaz.com məşhur “avtotravel” portalına istinadən xəbər verir ki, uşaqların minik avtomobilində düzgün daşınmamasına görə sürücülər Gürcüstanda 10 avro (40 lari) cərimələnirlər. Digər qonşu ölkə - Türkiyədə bu cərimə 8 avroya (72 lirə) bərəbardir.
Uşaqların minik avtomobilində düzgün daşınmamasına görə sürücülər üçün nəzərdə tutulan cərimənin məbləği region ölkələrdə bu cürdür:
- Ukrayna - 2 avro (51 qrivna)
- Türkiyə - 8 avro (72 lirə)
- Ermənistan - 8 avro (5 000 dram)
- Gürcüstan - 10 avro ( 40 lari)
- Azərbaycan - 29 avro (60 manat)
- Rusiya - 33 avro (3000 rubl)
- Belarus - 37 avro (116 rubl)
Onu da bildirək ki, Avropa ölkələrində uşaqların minik avtomobilində düzgün daşınmamasına görə sürücülərə fərqli cərimələr yazılır. Lixtenşteyn Avropada yeganə ölkədir ki, bu qayda pozuntusuna görə cərimə nəzərdə tutulmayıb. Estoniyada isə ən yüksək həddə - 400 avro cərimə nəzərdə tutulub.