Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərli Tərtərdə dəfn edilib - FOTO


Vətən Müharibəsində şəhid olan əsgər Tərtərdə  dəfn edilib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində şəhid olan Tərtər  rayon Köçərli kənd sakini, 1991-ci il təvəllüdlü, müddətdən artıq hərbçi Ələkbərli Ələkbər Ramiz oğlunun nəşi ata ocağına gətirilib. Şəhidlə vida mərasimində Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Azərbaycan Ordusunun hərbçiləri, döyüş yoldaşları, rayon ictimaiyyəti iştirak edib. 

2 bacının bir qardaşı olan şəhid Köçərli kənd məzarlığında torpağa tapşırılıb. 

Ə. Ələkbərlinin sentyabrın 29 –da Suqovuşanın işğaldan azad olmağı uğrunda gedən döyüşlərdə şəhid olduğu bildirilir.


DİGƏR XƏBƏRLƏR

Top