Xəbər verdiyimiz kimi, dünən saat 19:36-da Ermənistanda 5,1 gücündə zəlzələ olub.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu gün yerli vaxtla saat 11:49-da Ermənistanda yenidən zəlzələ qeydə alınıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidməti Gegharkunik, bölgənin Şorza kəndindən 4 km şimal-şərqdə, 10 km dərinlikdə, 2,3 bal gücündə olduğunu açıqlayıb.
Qeyd edək ki, dünən baş verən zəlzələ Azərbaycanın Qazax,Tovuz, Gədəbəy rayonlarında və Gəncə şəhərində də hiss olunub.