Kosovoda növbədənkənar parlament seçkiləri keçiləcək


Kosovoda 14 fevralda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Kosovo parlament seçkilərində 1799 namizəd 120 yerlik yer uğrunda mübarizə aparacaq.
COVID-19 pandemiyası seçki şərtlərini çətinləşdirib. Mitinq və toplantıların qadağan olunduğu ölkədə siyasi partiyalar seçki kampaniyalarını kiçik qruplar şəklində həyata keçirir. 
Partiya liderlərinin şəkilləri paytaxt Priştinadakı reklam lövhələrində və nəhəng LED ekranlarda yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top