Qızıl yenidən bahalaşdı – SON QİYMƏTLƏR


Nyu York Ticarət Birjasında (NYMEX) qızıl, gümüş və platinin qiymətləri bahalaşıb.
Yeniavaz.com
xəbər verir ki, son bir gündə NYMEX-də qızılın troy unsiyasının (31 qram) qiyməti 1,15% bahalanaraq 1815,2 dollara (3085,8 manat), gümüş 2,62% bahalanaraq 27,04 dollara, platin isə 2,75% bahalanaraq 1137,8 dollara satılıb.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən açıqlanan sonuncu (05.02.2021) məlumatda qızılın troy unsiyasının (31 qram) qiyməti 3050,9 manat (1 qram 99,5 manat) müəyyən olunub. Son 10 il ərzində qızılın qiyməti 3 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 10 il əvvəl -2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top