ABŞ-da "Moderna" peyvəndi bəzi şəxslərdə əks təsir göstərib


ABŞ-da "Moderna" peyvəndi vurulan bəzi insanların 7-10 gün ərzində qollarında qırmızı şişlik aşkarlanıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bunun narahat edici bir vəziyyət olmadığını ifadə edərək şişkinliyə "COVID-19 qolu" adını veriblər. Qolda yaranan qızarmış şişkinliklərə toxunulan zaman həmin yerdə ağrı hiss edilib. Həmin şişkinliklərlə bərabər peyvənd olunmuş şəxslərdə qaşınma və səpkilər də meydana gəlib. 
Mütəxssislər "Moderna" dərman şirkətinə məxsus peyvəndin əks təsirinin 1 həftə ərzində keçəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top