Xəbər verdiyimiz kimi, dünən Prezidentin imzaladığı Sərəncama əsasən 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi həyata keçirilib. Dünən keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov orta aylıq nominal əməkhaqqının illik artımının 11,4 % həddində olduğunu bildirdi.
Yeniavaz.com –un DSMF direktorunun açıqladığı məlumata istinadən apardığı hesablama göstərur ki, 2020-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 707 manat 20 qəpik olub.
Qeyd edək ki, 2019-cu ildə Azərabaycanda orta aylıq əməkhaqqı 634 manat 80 qəpik təşkil edib.
Orta aylıq nominal əməkhaqqı əvvəlki dövrlə müqayisədə 3 manat 70 qəpik artıb. Belə ki, ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 703 manat 50 qəpik olub.
2020-ci ildə aylar üzrə orta aylıq əməkhaqqı aşağıdakı kimi olub:
Yanvar – 712,1 manat
Yanvar -Fevral – 712,3 manat
Yanvar -Mart – 744,5 manat
Yanvar-Aprel – 736,2 manat
Yanvar-May – 728,9 manat
Yanvar-İyun – 720 manat
Yanvar-İyul – 715,4 manat
Yanvar-Avqust – 710,2 manat
Yanvar-Sentyabr – 706,6 manat
Yanvar-Oktyabr – 704,5 manat
Yanvar-Noyabr – 703,5 manat
Yanvar-Dekabr – 707,2 manat