Keçən may ayında Corc Floydun qətlində ittiham olunan sabiq polis zabitlərinin məhkəməsi baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Minnesota Qubernatoru Tim Valz məlumat verib. Qubernator bildirib ki, ştatın bir çox səlahiyyətlisi Floydun qatillərinin məhkəməsinin ciddi şəkildə qorunmalı olduğunu bildiriblər. Bu səbəblə məhkəmənin mühafizəsi ABŞ milli qvardiyasına tapşırılıb. Artıq bu istiqamətdə hazırlıq işləri görülür.