Ermənistanda yenidən zəlzələ olub


Ermənistan ərazisində yenidən 3,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Ermənistan fövqəladə hallar nazirliyinin regional seysmik mühafizə xidmətinin seysmoloji mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 6 fevral, yerli vaxtla saat 00: 06-da Şorza kəndindən beş kilometr məsafədə (İrəvanın 110 kilometr şərqində - Red) zəlzələ baş verib.

Zəlzələnin dərinliyi 2 kilometr olub, episentrdəki yeraltı təkanların gücü 5 bala çatıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.//report

DİGƏR XƏBƏRLƏR

Top